“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli paytaxt klubundan ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, bununla bağlı 29 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
Meza Kolli “Keşlə”də vurduğu qolların videosunu paylaşaraq, kluba təşəkkür edib.
2020-ci ilin oktyabrından “Keşlə”də çıxış edən paraqvaylı futbolçunun müqaviləsinin müddəti bitib. Onun bu komandadan ayrılacağı xeyli müddət idi gündəmdə idi. Meza Kollinin adı “Neftçi” ilə hallanır. Bu komandanın baş məşqçisi Samir Abasov da onu istədiklərini etiraf etmişdi. Böyük ehtimalla Sezar ən qısa müddətdə “ağ-qaralar”la rəsmi müqaviləyə imza atacaq.


