“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçunun vətəni Paraqvayda baş tutan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib. Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, Sezar Meza Kolli “Neftçi”nin Türkiyə toplanışı zamanı zədələnib. Dizində ağrılar yaranmış futbolçu Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçmiş və onun əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.