Paraqvaylı hücumameyilli yarımmüdafiəçi, daha öncə də Azərbaycanda oynamış Sezar Meza Kolli yenidən “Zirə”nin sıralarına cəlb olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
32 yaşlı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edir. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.
Qeyd edək ki, Sezar Meza Kolli 2016/2017 mövsümündə də “Zirə”nin şərəfini qoruyub. O, bu komandada 20 oyuna çıxıb, 4 qol vurub.
Meza Kolli Azərbaycanda “Keşlə” və “Neftçi” klublarının da formasını geyinib. O, İtaliyanın “Çezena”, “Paviya”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversidad Krayova”, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.