İtaliyanın “Cenoa” klubunun sağ cinah müdafiəçisi Silvan Hefti Fransa çempionatında mübarizə aparan “Monpelye”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransa klubu 26 yaşlı isveçrəli futbolçunu bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürüb.
Silvan Hefti “Cenoa”ya 2022-ci ilin yanvarında “Yanq Boyz”dan 5 milyon avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində 53 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hefti “Yanq Boyz”dan öncə İsveçrədə “Senkt Qallen”in də uğurları üçün çalışıb. Müdafiəçi İsveçrənin U-15, U-16, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.