Silvanus Nimeli “Sumqayıt”da – Rəsmi

Özbəkistanın “Surxon Termez” klubunun və Liberiya millisinin üzvü Silvanus Nimeli bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb. Liberiyalı hücumçu Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalanıb. 25 yaşlı hücumçu yeni komandasında 99 nömrəli formada çıxış edəcək.

Nimeli 2023-cü ilin fevral ayından formasını geyindiyi “Surxon Termez” klubunda 35 oyuna çıxıb, 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Karvina”, “Spartak” (Moskva), “Qoritsa”, “İlves”, “Solin” kimi klublarda da forma geyinib. 25 yaşlı forvard 2013-cü ilin sentyabr ayında debüt etdiyi Liberiya millisinin heyətində 10 oyuna çıxsa da, fərqlənə bilməyib.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Rəhim Sadıxov (“Zirə”), Fernando Medeyros (“Eqnatiya”, Albaniya), Slavişa Radoviç (“Sarayevo”, Bosniya və Herseqovina), Nikola Vuynoviç (“Qoritsa”, Xorvatiya) və Sərtan Taşkını (“Manisa”, Türkiyə) da heyətinə qatmışdı.

Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata, Kamran Əliyev və Kazimir Ninqa isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: