Albaniya yığmasının baş məşqçisi Silvinyo AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İspaniya yığması ilə oyunu (0:1) şərh edib.
Arena.az braziliyalı mütəxəssisin oyunsonrası mətbuat konfransında bu xüsusda səsləndirdiyi fikirlərini təqdim edir:
“Mən öz oyunçularımla və ölkə ilə fəxr edirəm. Artıq ikinci dəfədir ki, bu yarışda iştirak edirik. Üç böyük komanda ilə demək olar ki, bərabər surətdə mübarizə apara bildik.
İspaniya yığması inanılmaz dərəcədə güclü komandadır, ortada texniki oyunçular, cinahlarda isə sizə çoxlu fəsadlar törədə biləcək sürətli oyunçular. Son illər ispanlardan belə oyun görməmişdik. Onlar çox taktiki və həqiqətən sürətlidirlər, həmçinin keçidlər zamanı çox yaxşı müdafiə olunurlar.
Bu yarışı düşünərək saatlarla yuxusuzluğa düçar oldum, amma biz yüksək səviyyədə yarışdıq və ölkə bizimlə fəxr etməlidir. Biz bu səviyyəli yarışlarda çıxış etməyə alışmalıyıq”, deyə Silvinyo vurğulayıb.
Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “B” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:
- İspaniya – 9 xal
- İtaliya – 4 xal
- Xorvatiya – 2 xal
- Albaniya – 1 xal
İspaniya və İtaliya yığmaları yarışın 1/8 final mərhələsinə vəsiqə birbaşa qazanıblar. İndi İspaniya yığması rəqibinin intizarındadır. “Skuadra adzurra” isə ələmə mərhələsində İsveçrə yığması ilə qarşılaşacaq. Xorvatiya yığmasının isə 1/8 finala çıxmaq üçün çox cüzi nəzəri imkanı var. Albaniya yığması isə yarışı tərk edib.