Simeone: “Ayda 4 dəfə sekslə məşğul olan mənim komandamda oynaya bilməz”

İspaniyanın “Atletiko” (Madrid) komandasının baş məşqçisi Dieqo Simeone maraqlı, bir o qədər də qəribə açıqlaması ilə gündəmə gəlib.

Arena.az xəbər verir ki, argentinalı mütəxəssis bir futbolçunun onun komandasında oynamaq üçün neçə dəfə cinsi əlaqədə olması lazım gəldiyini açıqlayıb.

Simeone “Marca”ya müsahibəsində bunları söyləyib:

“Bir ispaniyalı ildə orta hesabla 56 dəfə sekslə məşğul olur? Ayda dörd dəfə, nə qədər eləyir? Yox, dörd deyil… Ayda cəmi dörd dəfə sekslə məşğul olursansa, mənim komandamda oynaya bilməzsən.
“Atletiko”da oyunçular ayda 15 dəfə sekslə məşğul olurlarmı? Ola bilsin ki, bu, belədir… Mən əminəm ki, yaxşı orta göstəricimiz var”.

Xatırladaq ki, Dieqo Simeone 2011-ci ildən Madrid “Atletiko”suna rəhbərlik edir. Bu müddət ərzində o, paytaxt təmsilçisini 627 oyuna çıxarıb. Madrid təmsilçisi onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu olub – 2013/2014 və 2020/2021 mövsümlərində. “Atletiko” 2012/2013 mövsümündə İspaniya Kubokunun, 2014-cü ildə ölkə super kubokunun, 2011/2012 və 2017/2018 mövsümlərində Avropa Liqasının, 2012 və 2018-ci illərdə UEFA Super Kubokunun qalibi olub. Komanda 2013/2014 və 2015/2016 mövsümlərində UEFA Çempionlar Liqasının finalına yüksəlsə də, hər iki halda əzəli rəqibi “Real”a məğlub olub.