Simeone: “Borussiya” ilə oyunlardan fərqli heç nə gözləmirik”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ÇL-in 1/4 finalının püşkünün “döşəkçilər” üçün nəticəsinə münasibətini açıqlayıb.

Arena.az xatırladır ki, püşk “Atletiko”ya Dortmund “Borussiya”sını rəqib edib.

“Görək. Düşünürəm ki, güclü komandamız var. Alman komandaları həmişə güclü olublar. Cavab oyununda bizi necə ab-havanın gözlədiyini çox yaxşı bilirik, ona görə də ilk oyunda bizə əla oyun lazımdır. Bu, son mövsümə qədər liqada mübarizə aparan, xasiyyət göstərən çətin rəqibdir. Bu il turnir cədvəlindəki mövqelərinə görə bizə az-çox bənzəyirlər. Bu çətin oyun olacaq. Alman komandaları tarixən çox çətin olublar və biz bu oyunlardan fərqli heç nə gözləmirik”, – “Mundo Deportivo” nəşri Simeonedən sitat gətirir.

Komandalar arasında ilk oyun aprelin 10-da Madirddə, cavab oyunu isə apriln 16-da Dortmundda baş tutacaq.