Simeone İnzaqi rəsmən “İnter”də!

İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi bəlli olub.

Arena.az xəbər verir ki, Milan təmsilçisini bundan sonra Simone İnzaqi çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bir neçə gün öncə “Latsio”dan ayrılan Simone İnzaqi baş məşqçi postunda “İnter”lə yollarını ayırmış Antonio Konteni əvəzləyib.

“İnter” A Seriyasında 2020/21 mövsümünün qalibi olub. Amma maliyyə problemləri səbəbindən Antonio Konte ilə anlaşa bilməyib.

İnzaqi 2016-cı ildən “Latsio”nu çalışdırırdı. Paytaxt klubu A Seriyasında geridə qalan mövsümü 6-cı pillədə başa vurub.