“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 33-cü turunun “Bolonya” ilə səfər oyunundakı məğlubiyyəti şərh edib.
Arena.az xatırladır ki, “bərkgedənlər” qələbə qolunu “neradzurri”nin qapısından oyunun təzminat müddətində (90+4-cü dəqiqə) keçiriblər.
Simone İnzaqi matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Gərəkli yerdən 12-13 metr uzaqlıqda yerinə yetirilmiş həmin o son autla bağlı heyrət vardı. Bu, sadəcə olaraq obyektiv amildir. Buna rəğmən, biz həmin vəziyyətin öhdəsindən daha da yaxşı gələ bilərdik, axı bizimkilərdən ikisi tullanmağa getdi, belə olmamalıdır – bunu kimsə biri etməlidir.
Hakim bacardığı kimi mühakimə edirdi, amma top mənim ayaqlarımın yaxınlığından çıxmışdı. Topun oyuna daxil edilməsi isə artıq “Bolonya”nın texniki bölgəsi qarşısından icra edilmişdi. Hər halda, bu, bəraət üçün səbəb olmamalıdır. Biz diqqətli olmalı idik.
Pərişanlığımız var, biz çox güc-qüvvə sərf etdik, belə məğlub olmaq isə acıdır. Top Orsoliniyə sadəcə olaraq çatmamalı idi”, – “Tuttomercatoweb” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Məğlubiyyət “İnter”ə baha başa gəlib, belə ki, “neradzurri” ən yaxın təqibçisi “Napoli”yə xal hesabını bərabərlləşdirməyə imkan yaradıb. Buna rəğmən, 33 oyundan 71 xal toplamış rəqiblərin top fərqi üzrə üstünlüyü “İnter”in xeyrinədir. “Neradzurri” yarış cədəvlinin 1-ci, “eşşəkciklər” isə 2-ci pilləsində qərarlaşıblar.
“Bolonya” isə 60 xalla 4-cü pillədədir.