“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin 2025-ci ildən gözləntiləri ilə bağlı sualı cavablayıb.
Arena.az xatırladır ki, “İnter” İtaliya A Seriyasında çempionluq yarışında favorit sayılır və Çempionlar Liqasını qazanmağa iddialı olan klublar arasındadır.
“Biz bilirik ki, biz “İnter”ik, hədəflərimiz var və onları bəyan etmək düzgün işdir. Yanvar və fevral aylarında biz davamlı olaraq oyunlar keçirməli olacağıq, bu, ciddi fədakarlıqlar tələb edir. Amma xoşbəxtlikdən, mənim oyunçularım var ki, onlar istənilən şəraitdə – həm oyunun bütün 95 dəqiqəsi ərzində, həm də əvəzedici qismində meydana beş dəqiqəlik çıxdıqdan sonra da bacardıqlarını ortaya qoymağa hazırdırlar. Bu, vacibdir”, – DAZN şəbəkəsi İnzaqidən sitat gətirir.
İtaliya A Seriyasının 17 oyunundan 40 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşmış “İnter”, 18 oyundan 41 xalla zirvədə qərarlaşmış “Atalanta”ya nəzərən, şərti lider qismindədir.