Simone İnzaqi “İnter”in son nəticələrini qiymətləndirdi

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin son nəticələri ilə bağlı fikrini bildirib və sonrakı planlarını açıqlayıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə İtaliya A Seriyasının “Napoli” ilə 12-ci tur ev oyunundan (1:1) sonra açıqlama verib:

“Mən komandamı təbrik etdim – əgər bu gün qələbəyə layiq olan biri vardısa, o da “İnter”dir. Biz ikinci hissədə üstünlük saxladıq. “Napoli”nin qolu ilə bağlı vəziyyətdə daha yaxşı oynaya bilərdik, digər hallarda rəqibə demək olar ki, heç nəyə imkan vermədik.

“Arsenal”la son oyunu (1:0) nəzərə alsaq, bu gün bu qədər təsirli olacağımızı gözləmirdim. İki dəfə dirəyə tuş gəldik və penaltini qaçırdıq. Başqa nə edilə bilərdi, bilmirəm”, deyə İnzaqi bildirib.

“Biz təvazökar olmalı və səylə işləməyə davam etməliyik. Biz son on oyunumuzdan səkkizində qalib gəlmişik, ikisində isə heç-heçə etmişik. “Arsenal” və “Napoli” kimi komandalarla qarşılaşdığımızı nəzərə alsaq, bu, pis deyil. Amma biz “İnter”ik. Ona görə də on oyundan onunda da qalib gəlməliyik”, deyə Simone İnzaqi iddiasını ortaya qoyub.

12 turdan sonra “İnter” İtaliya A Seriyasının yarış cədəvlində 25 xalla 2-ci pillədə qərarlaşıb və 1 xal geri qaldığı lider “Napoli”ini daban-daban təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: