“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalında “Feyenoord”a rəqib olmalarına münasibət bildirib.
Arena.az italyan mütəxəssisin püşklə bağlı mətbuat toplantısında səsləndirdiyi fikri təqdim edir:
“Biz UEFA Çempionlar Liqasına qayıdırıq, bizə qarşı böyük tarixə malik komanda – “Feyenorrd” dayanır, hansı ki qızğın bir ab-havaya malik stadionda oynayır. Biz, bunun böyük çağırış olduğunu bilirik və biz buna bütünlüklə can qoymağa hazırıq.
Biz bura düşmək üçün çox işləmişik və bu yarışda növbəti uğurlara da müvəffəq olmaq istəyirik. Bizim komandamız xasiyyətə, qətiyyətə sahib olduğunu göstərib. Biz hər oyuna ən yaxşı surətdə hazırlaşacağıq. Məqsədimiz – 1/8 final mərhələsini adlamaqdır”, deyə Simone İnzaqi vurğulayıb.
Xatırladaq ki, “İnter” “Feyenoord”la ilk oyunu martın 5-də səfərdə, cavab oyununu isə martın 11-də evdə keçirəcək.