“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Srvena Zvezda”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İtaliya çempionu Liqa mərhələsinin 2-ci turu çərçivəsində Serbiya təmsilçisinə qarşı keçirdiyi ev oyunundan 4:0 hesablı qələbə ilə ayrılıb.
İtalyan mütəxəssis komandasının möhtəşəm qələbəsi barədə bunları dilə gətirib:
“Uşaqlar müdafiədən oynamağa hazırlaşan bir komandaya qarşı əla iş gördülər. Biz topu yaxşı hərəkət etdirdik və fürsətlər yaratdıq. Rəqibin bir-iki əks-hücumunu və ikinci hissənin ilk beş dəqiqəsini nəzərə almasaq, hər şey yaxşı keçdi. Biz, “Mançester Siti” ilə ilk oyundan sonra Çempionlar Liqasında qazandığımız nəticəni təmin etmək istəyirdik. Biz eyni istiqamətdə hərəkət etməliyik.
Düzgün suallara düzgün cavablar aldım, komandamdan razıyam. Taremi və Arnautoviç meydanda bütün güc-qüvvələrini verirlər, fürsətlərinə layiqdirlər və onlardan yararlanırlar. Oyunçulardan belə qarşılıq almağınız çox yaxşı haldır”, deyə Simone İnzaqi məmnunluqla vurğulayıb.
2 turdan sonra “İnter” Çempionlar Liqası ümumi mərhələsinin yarış cədvəlində 4 xalla 5-ci pillədə qərarlaşıb. Xalsız “Srvena Zvezda” isə 32-ci pillədədir.