“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Yanq Boyz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İtaliya çempionu səfər oyununda 1:0 hesablı qələbəyə sevinib.
İtaliyalı mütəxəssis İsveçrə təmsilçisi ilə görüşdən sonra bunları söyləyib:
“Çempionlar Liqasında bütün oyunlar çətin keçir, italyan komandalarına isə burada həmişə çətin olub. Bəzi fürsətlərdən yararlana bilmədik, amma komanda sona qədər inandı və biz qələbə qazanmağa müvəffəq olduq.
Əvəzedici kimi meydana çıxmış oyunçuların hamısı yaxşı oynadılar. Mən yaxşı təchiz edilmiş komandaya malikəm və indi bir sıra itirilmiş oyunçularımız olduğuna görə, güc və qüvvəmizi bərpa edə bilmək vacibdir. Arnautoviçlə danışdım. Onun penaltini qaçırması bir fəsad deyil. O, məsuliyyət hiss etdi, amma mən ona sakit olmağı və indiyə qədər etdiyi kimi, yaxşı işləri davam etdirməyi tövsiyə etdim”, deyə Simone İnzaqi bildirib.
3 turdan sonra “İnter” 7 xalla Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. Xalsız “Yanq Boyz” isə 35-ci pillədədir.