Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Ekvador milli komandasının hücumçusu Xordi Kaysedonu heyətinə cəlb edib.
Bu barədə “Sivasspor” rəsmi saytı vasitəsilə məlumat yayıb. 25 yaşlı forvard Meksikanın “Tiqres UANL” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Xordi Kaysedo 2022-ci ilin iyul ayında 2.5 milyon avro qarşılığında Bolqarıstanın ÇSKA (Sofiya) klubundan “Tiqres UANL” komandasına keçib. O, Meksika təmsilçisində 16 oyuna cəmi 1 qol vurub. Futbolçu daha öncə “Universidad Katolika”, “El Nasional”, “Vitoriya” kimi klublarda da forma geyinib. O, Ekvador milli komandasında 10 oyuna çıxıb, 2 qola imza atıb.