Türkiyənin “Sivasspor” klubu baş məşqçisi Rıza Çalımbay ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Çalımbayın müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb. Bu gün təşkil olunan imza mərasimində klub prezidenti Mecnun Otyakmaz və baş məşqçi 1 illik müqaviləni rəsmən imzalayıblar.
Qeyd edək ki, Rıza Çalımbay 2019-cu ilin yayından “Sivasspor”a rəhbərlik edir. Sözügedən komanda 58 yaşlı mütəxəssisin rəhbərliyi altında Super Liqada geridə qalan mövsümü 5-ci pillədə başa vurub.



