Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Slovakiya millisinin UEFA Millətlər Liqasında Estoniya və Azərbaycan yığma komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C Liqasının 1-ci qrupu çərçivəsində baş tutacaq ilk iki matç üçün 27 futbolçuya dəvət göndərib. Heyətdə 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və

Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrix Ravas;

Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lübomir Şatka, Milan Şkrinyar, Adam Obert, David Hançko, Samuel Kozlovski;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokornı, Yuray Kuçka, Andrey Duda, Laslo Benes, Tomaş Riqo, Matuş Bero;

Hücumçular: Lukaş Haraslin, David Duriş, Leo Sauer, Lübomir Tupta, İvan Şrants, Tomaş Suslov, David Streleç, Robert Bokenik.

Qeyd edək ki, Slovakiya millisinin UEFA Millətlər Liqasının yeni mövsümündəki ilk sınağı sentyabrın 5-də Tallində Estoniya yığmasına qarşı olacaq. Ayın 8-də isə bu komanda Koşitsedə Azərbaycan millisini qəbul edəcək. Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.