“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov “Qarabağ”ın Avropa Liqasında məğlubiyyətinə münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, “Qarabağ” “Bayer”lə Avropa Liqasının 1/8 finalının Bakıdakı ilk oyununda 2:2 hesablı heç-heçədən sonra, Leverkuzendəki cavab oyununda 2:3 hesabı ilə məğlub olaraq, yarışda mübarizəsinə xitam verib.
Xatırladaq ki, Bakıdakı oyunda olduğu kimi, “Qarabağ” 2:0 hesablı üstünlüyünü son dəqiqələrdə əldən verib. Qələbə qolunu isə “əczaçılar” son saniyələrdə (90+8-ci dəqiqə) vurublar.
Anton Smirnov özünün “Telegram” kanalında müvafiq xüsusda fikirlərini paylaşıb:
“Bu, məğlubiyyətdir. Ancaq bilirsiniz, bəlkə bunu yüksək səslə və bəlağətli şəkildə deyəcəyəm, amma bu, doğma bir insanın itkisinə bənzəyir. Baxmayaraq ki, bu, yəqin ki, axmaqlıqdır, bimarü-rəncurluq o qədər miqyaslıdır ki, indi hər şeyi deyə bilərsiniz, “Bayer” bu oyun ərzində daha güclü idi, Cəfərquliyevin meydandan kənarlaşdırılmasının “Braqa” ilə oyunun dəqiqələrinə müvafiq olmasına üzülmək. Ancaq orada qurtulub keçdik, burada isə yox. Bu, daha “Braqa” deyil. İsti izlərlə təhlil etmək çətindir, amma əvəzləmələrin ümumiyyətlə hamısı tamamilə yan keçdi. Hər halda “Qarabağ”a böyük təşəkkür.
Andreyin oyunundan danışmağın heç bir mənası yoxdur, bütün komanda uduzdu. O anlar ki oldu, kömək etmədi, qollarda təqsiri yoxdur.
Aydındır ki, “Bayer” daha güclü və daha qüvvətlidir. Əgər “Qarabağ” qalib gəlsəydi, heç kim bir söz deməzdi, onlar pis deyildilər. Amma səfərdə “Bayer”ə qarşı on nəfərlə oynamaq ölümə bərabərdir. Dəqiqə yarım artıq oynanıldı, qol isə 6 əlavə edilmiş dəqiqə halında 98-ci dəqiqədə vuruldu… İlk qola sevindikləri aydındır. Amma sevinən onlar idi, hakimin fikrincə, bu dəqiqə yarımı əlavə etmək nəyə gərəkdir, mən bilmirəm, mənə bu, haqsızlıq kimi gəlir.
“Qarabağ” yenə sensasiya yarada bilərdi. O qədər fantastik bir şey deyəcəyəm ki, əgər “Bayer”i keçsəydik, biz Avropa Liqasında qalibiyyətə iddia edə bilərdik. Mən “Liverpul”un və ya başqasının hazırkı məqamda “Bayer”dən güclü olduğunu düşünmürəm”, – Smirnov yazıb.




