İngiltərə yığmasının sabiq müdafiəçisi Sol Kempbell İngiltərə Kubokunda təkrar oyunların mümkün ləğvi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az xatırladır ki, yarışın nizamnaməsinə əsasən, heç-heçə qeydə alındığı halda komandanı təkrar oyun gözləyir.
“Düşünürəm ki, biz İngiltərə Kubokunda təkrar oyunları saxlamalı, Kubok ənənəsini qorumalıyıq. Biz bir çox oyun ənənələrindən qurtuluruq və düşünürəm ki, İngiltərə Kuboku həm kiçik komandalar, həm də böyük komandalar üçündür. Kiçik komandalar üçün əlavə gəlir əldə etmək çox vacibdir”, deyə Sol Kempbell vurğulayıb.
İngiltərə Kubokun hazırkı sahibi son yarışın finalında “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub etmiş “Mançester Siti”dir.


