Son 18 ayın ən pis göstəricisi – “Milan”da

“Milan” İtaliya A Seriyasının 22-ci turu çərçivəsində səfərdə “Spetsiya”ya 0:2 hesabı ilə məğlub olub.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar”ın üzvləri bu oyunda çərçivəyə doğru bir dənə də dəqiq zərbə endirə bilməyiblər.

Ümumilikdə, “Milan” futbolçuları oyunboyu qapıya doğru 7 zərbə endiriblər ki, bunların da hamısı yanlış olub.

Bu, komandanın 2019-cu ilin avqustundan bəri ən pis göstəricisidir.