“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bəlkə də, bu, bizim üçün bir imtahandır. Bu vəziyyətdən çıxmalıyıq. Klub olaraq çıxış yolları axtarırıq, futbolçular da çox çalışırlar. İk fərqli hissə oldu. Son saniyələrdə qol buraxmaq futbolçulara pis təsir etdi. Çalışacağıq onları bu durumdan çıxaraq. Səfərdən bir xalla qayıtmaq xalsız qayıtmaqdan daha yaxşıdır. Komandada qol vurandan sonra arxayınlıq yarandığını düşünmürəm. Futbolçular həddindən artıq istəkli idilər. Bir səhvdən qol buraxdıq. Sezar Meza Kollinin əvəzlənməsinə gəlincə, onu meydandan çıxarmaq istəmirdim. Sadəcə, ayağında ağrı hiss etdiyi üçün əvəzlənməsini özü istədi”.