Sonuncu yarımfinalçı “Neftçi” oldu – Azərbaycan Kubokunda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu yarımfinalçının adına “Neftçi” ilə “Sumqayıt” arasında keçirilmiş cavab oyununda aydınlıq gəlib.

Bu komandalar arasındakı ilk oyunda “Neftçi” 3:2 hesablı qələbəyə sevinmişdi. Cabab görüşündə isə heç-heçə qeydə alınıb. Nəticədə “ağ-qaralar” növbəti mərhələyə vəsiqə qazanıblar.

Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Qarabağ”, “Zirə” və “Qəbələ” komandaları da yarımfinala vəsiqəni təmin etmişdilər.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
9 fevral

“Neftçi” – “Sumqayıt” 1:1
Qollar: Filip Ozobiç, 26 – Roi Kehat, 40.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Bakı. “Neftçi Arena”, 19:00.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Baş məşqçi: Miodraq Bojoviç.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.