Spaletti: “İtaliya bayrağı çiynimizdə olanda geri çəkilə bilmərik”

İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti 2024-cü ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatı öncəsi daha bir açıqlama verib.

Arena.az “La Gazzetta dello Sport” dərgisinə istinadən məlumat verir ki, Spalletti İtaliya yığmasının əhval-ruhiyyəsindən danışıb:

“Gələn il Almaniyaya Avropa çempionu kimi gedəcəyik, ona görə də kənardan insanların bizə inanıb inanmaması bizi maraqlandırmır. Məhz biz özümüzə inanmalı və vəzifə və fədakarlıq hissi ilə irəli getməliyik. İtaliya bayrağı çiynimizdə olanda geri çəkilə bilmərik”, deyə italyan mütəxəssis bildirib.

Xatırladaq ki, İtaliya yığması Avropa çempionatında ilk oyununu 15 iyunda Albaniya yığması ilə keçirəcək. Daha sonra “skuadra adzurra” ayın 20-də İspaniya yığması ilə qarşılaşacaq. Qrup mərhələsinin 3-cü, son oyununda isə italyanlar iyunun 24-də Xorvatiya yığması ilə qarşılaşacaqlar.