Spalletti AÇ-2024-ü duyğusalcasına şərh etdi: “Ölümə hazırıq”

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti qarşıdakı 2024-cü il Avropa çempionatı ilə bağlı gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz müdafiə oyunumuz və əks-hücum qabiliyyətimizlə yaxşı tanınırıq. Ən azından, bizi belə bir komanda hesab edirlər. Amma indi yanaşmamızı dəyişirik. Biz istəyirik ki, oyunçular irəli getsinlər və daima gözləməyə son versinlər. Biz təzyiq göstərmək, diqqətlə hücumlar qurmaq və bir qəlib kimi işləmək istəyirik.

Futbol – çevik oyundur. İndi hər şey rəqibin buraxdığı sərbəst bölgələrin tapılmasına düşür, çünki xətlər arasında boşluqlar artıq yoxdur. Boş məkanlar digər komandanın uçurumlar buraxdığı yerdə görünür. Bəzən bir quruluşdan istifadə etməyə başlayırsan və sonunda başqa biri ilə bitirirsən: eyni oyunda iki fərqli birləşmədən istifadə edirsən. Oyun hərəki olduğundan fərqli davranmağa başlayırsan. Biz, bir vaxtlar bizi asanlıqla bələd edən ciddi nümunəyə arıtq riayət etmirik. Futbol daha yaradıcı xüsusiyyət alıb.
Belə vəziyyətlərdə olmaq – cənnətdir. Mən, bu gün futbolda bütün eniş-yoxuşlara rəğmən, bir nömrə ola bilməyi və ya ona çox yaxınlaşaraq, növbəti dəqiqədə dibə yuvarlanmağı bildiyim qədər təcrübəliyəm.

Oyunlar gəlirlər və tarixə çevrilirlər. Bu yarışlar çox vacibdir və biz hər şeyə hazır olmalıyıq. Himnimizdə deyildiyi kimi, bu oyunlar üçün “ölməyə hazırıq”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda İtaliya yığması İspaniya, Xorvatiya və Albaniya yığmalarının yer aldığı “B” qrupunda mübarizə aparacaq.