Spalletti: “İtaliya yığması DÇ-2026-ya düşməyə bilməz”

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti komandanın Şimali Amerikada keçiriləcək DÇ-2026-ya qatılmasının vacibliyini vurğulayıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz 2026-cı il dünya çempionatını buraxa bilmərik. İtaliya futbolunun tarixi keyfiyyət tarixidir, ona görə də biz dünya çempionatını buraxa bilmərik. Bununla belə, özümüzə həddən artıq güvənməməliyik. İndi bütün komandalar güclüdürlər, ən böyük ölkələrin eyni taktikasını bilirlər. Onlar çempion olmaq üçün yaradılıblar”, deyə Spalletti bildirib.

Xatırladaq ki, İtaliya yığması son iki dünya çempionatından kənarda qalıb. 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında isə İtaliya yığması qrup mərhələsini adlaya bilməyib.