Spalletti: “Mən buna hazır deyiləm”

Napoli”nin baş məşqçisi Luçano Spalletti mövsümün bitməsi ilə komandadan gedəcəyi haqda məqamı şərh edib.

Arena.az xəbər verir ki, məsələni diqqətdə saxlayan jurnalist Fabrisio Romano Spallettinin səsləndirdiyi fikirləri özünün “Twitter” hesabında qeyd edib:

“Bəzən insanlar həddindən çox məhəbbət səbəbilə ayrımlaq məcburiyyətində qalırlar.

“Napoli” ən yaxşısına layiqdir. Məni isə buna hazır deyiləm. Bir neçə həftə qabaq mən klub prezidentinə, özüm üçün bir illik məzuniyyət gərək olduğunu dedim. Şadam ki, o, rəsmi bəyanatla çıxış etdi. Təəssüf, ancaq gerçək belədir”.

Xatırladaq ki, mayın 28-də “Napoli”nin prezidenti Aurelio de Laurentis Spallettinin cari mövsümün bitməsi ilə komandadan ayrılacağı haqda rəsmi bəyanatla çıxış etmişdi.

Spallettinin rəhbərliyi altında sonuncu oyununu “Napoli” A Seriyasının 38-ci turu çərçivəsində “Sampdoriya”ya qarşı keçirəcək.

Vurğulayaq ki, Spalletti “Napoli”yə son 33 ildə ilk titulu – İtaliya çempionluğunu qazandırıb.