İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti Sandro Tonali və Nikolo Zaniolonun yığmadan kənarlaşdırılmasına münasibət bildirib:
Arena.az jurnalist Nikolo Skiraya istinadən Spallettinin bu xüsusda fikirlərini diqqtinizə çatdırır:
“Baş verənlərə əsaslanaraq düzgün qərar idi. Sarsılmış iki oğlanı özümüzlə apara bilməzdik. Amma ədalətin öz yerini tapması da düzgündür. Yersiz şeylər baş veribsə, o zaman bədəlini ödəməlisən”, deyə Spalletti bildirib.
Xatırladaq ki, “skuadra adzurra”nın yarımmüdafiəçiləri Sandro Tonali və Nikolo Zaniolo qeyri-qanuni mərc qoyuluşlarında şübhəli bilinərək istintaqa cəlb ediliblər. Hər iki futbolçu ittiham üzrə dindirilmək üçün yığmanın düşərgəsindən birbaşa polisə çağırılıblar.