“Spetsiya” Vinçentso İtalyanonu saxlamağa qərar verdi

İtaliyanın “Spetsiya” klubu baş məşqçi Vinçentso İtalyano ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan yeni müqavilə imzalanıb.

Vinçentso İtalyano 2019-cu ildən “Spetsiya”ya rəhbərlik edir. Onun çalışdırdığı komanda A Seriyasında geridə qalan mövsümü 15-ci sırada bitirib.

“Spetsiya” sözügedən mütəxəssisin rəhbərliyi altında 86 oyuna çıxıb, 32 qələbə qazanıb, bir o qədər oyunda da uduzub. 22 qarşılaşma isə heç-heçə bitib.

Xəbəri istədiklərinizlə paylaşın