“Srvena Zvezda” da “X” sosial şəbəkəsini tərk etdi

Serbiya nəhəngi “Srvena Zvezda”nın rəhbərliyi saytın siyasəti ilə razılaşmadığı üçün “X” sosial şəbəkəsini tərk etmək qərarına gəlib.

Arena.az bu barədə “Redstar.France” dərgisinin “Srvena Zvezda”nın müvafiq bəyanatına istinadı əsasında məlumat verir.

Mənbənin məlumatına görə, buna səbəb, əvvəllər müəyyən yoxlamalardan sonra mənbələrin etibarlılığını təsdiqləyən yeni səhifə yoxlama sistemi olub. İndi isə “X” şəbəkəsi bunu istəyən hər kəsə “quş” qoyur. Bundan əlavə, klub, “ifadə azadlığı adı altında müəyyən məfkurəni” təbliğ edən yeni alqoritmlərlə razılaşmır:

“Srvena Zvezda Futbol Klubu”nun öhdəliyi “X” şəbəkəsindən çox kənara çıxır və klub dəyərlərimizə hörmət edən məkanlarda fəaliyyətini davam etdirəcək. Klubun “X” hesabı şəxsi məlumat oğurluğu təhlükəsinin qarşısını almaqdan başqa istifadə edilməyəcək. Son 15 ilin məzmunu arxiv olaraq onlayn surətdə əlçatan qalacaq. Klub öz ictimaiyyətini məlumatların mülkiyyət alqoritmlərindən istifadə etmədən yayıldığı klub xəbər hesabatına abunə olmağa təşviq edir”, – “Srvena Zvezda”nın müvafiq bəyanatında deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın “Sankt-Pauli” klubu “X” sosial şəbəkəsini tərk etmişdi. Alman klub müvafiq qərarını şəbəkənin sahibi İlon Maskın “X” müstəvisini nifrət makinəsinə çevirməsi ilə əsaslandırmışdı. Həmçinin “Sankt-Pauli”, sahibkar İlon Maskın 2024-cü ildə ABŞ-da keçirmiş prezident seçkilərində Donald Trampın namizədliyini “X” sosial şəbəkəsi üzərindən fəal surətdə dəstəkləməsi amilini də qabartmışdı. Alman klubu bildirib ki, “X” sosial şəbəkəsinin gələcək fəaliyyətindən narahatdır:

“Ehtimal etmək olar ki, “X” Almaniyada qarşıdan gələn seçki tədbiri zamanı da avtoritar, insansevməz və ifrat sağçı məzmunu təbliğ edəcək, ictimai müzakirələri idarə edəcək”, – “Sankt-Pauli”nin bəyanatında bildirilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: