Stanislav Çerçesov Rusiya milli komandasının baş məşqçi postundan istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) rəsmi saytı məlumat yayıb.
Xəbərdə baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
RFS komandanı DÇ-2022-nin seçmə oyunlarına hazırlayacaq baş məşqçi axtarışlarına qısa zaman içində start verəcək.
Qeyd edək ki, Rusiya millisi AÇ-2020-nin B qrupunda 3 xalla 4-cü yeri tutub və 1/8 finala yüksələ bilməyib.
Stanislav Çerçesov 2016-cı ildən Rusiya yığmasını çalışdırırdı. Sözügedən komanda onun rəhbərliyi 57 oyuna çıxıb, 24 qələbə qazanıb, 13 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb.


