İsrailin “Bney Saxnin” klubunun 28 yaşlı belçikalı yarımmüdafiəçisi Stefan Omeonqa xoşagəlməz hadisə ilə üzləşib.
Arena.az jurnalist Saşa Tavolyeriyə istinadən məlumat verir ki, Omeonqa Roma – Tel-Əviv xətti ilə uçan təyyarədən polis tərəfindən zorla çıxarılıb.
Bu azmış kimi o, həbsə atılaraq, alçaldılıb:
“Roma və Təl-Əviv arasında uçarkən, mən təyyarəyənin göyərtəsinə qalxıb yerimi aldıqdan sonra bir stüard sənədlərimlə bağlı ehtimal edilən fəsadlarla bağlı mənə yaxınlaşdı və məndən təyyarəni tərk etməyimi istədi. Mən sənədlərimin etibarlılığına əmin olaraq, sakitcə, ondan fəsadın nə olduğunu soruşdum.
Polis çağırıldı, əllərimi qandallayıb məni zorla təyyarədən endirdilər. Təyyarədən kənarda, şahidlərin gözündən uzaqlaşan polislər məni kobud surətdə yerə yıxdılar, döydülər, onlardan biri isi dizini başıma sıxdı.
Sonra cinayətkar kimi əllərim qandallı, məni polis maşınına mindirib hava limanına apardılar. Təcili tibbi yardım gəldi, amma mən sarsıntı vəziyyətində olduğumdan, tibb işçilərinin suallarına cavab verə bilmədim. Bundan az sonra polis maşınında radiodan eşitdim: “O, tibbi yardımdan imtina etdi, hər şey qaydasındadır”. Bu, tamamilə yalan idi, polisin mənə nəsə edə biləcəyindən qorxaraq, onlardan, məni təcili yardım maşınına aparmalarını xahiş etdim.
Sonra məni qaranlıq otaqda, yeməksiz, susuz, bir neçə saat tam alçaldılmış vəziyyətdə qoydular. Azadlığa çıxandan sonra bildim ki, əllərim qandallı olsa da, guya saxlanılan zaman yetirdiyim xəsarətlərə görə, polis əməkdaşı mənə qarşı şikayət açıb. Üstəlik, həbs edilməyimlə bağlı bu günə qədər heç bir əsas almamışam.
Mən bir kişi və bir ata olaraq heç bir ayrı-seçkiliyə dözə bilmirəm. Bu həbs aysberqin görünən zirvəsidir. Mənə oxşayan bir çox insanlar sadəcə qaradərili olduqları üçün iş tapa bilmirlər, mənzil ala bilmirlər və ya sevdikləri idmanla məşğul ola bilmirlər. Biz birləşməli və səsimizi ucaltmalıyıq ki, ətrafımızdakıları – həmkarlarımızı, qonşularımızı, dostlarımızı cəmiyyətimizi narahat edən, onun tərəqqisinə mane olan bu fəsadlarla bağlı maarifləndirək. Sülh”, – Omeonqa özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Stefan Omeonqa “Anderlesxt”in yetirməsidir. Omeonqa karyerası ərzində “Avellino”, “Cenoa”, “Hibernian”, “Serkl Brügge”, “Peskara”, “Livinqston” klublarında çıxış edib.



