Stefano Pioli “Milan”ın “Renn”ə məğlubiyyətini şərh etdi

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/16 finalında səfərdə cavab oyununda “Renn”ə 2:3 hesablı məğlubiyyətini şərh edib.

Arena.az məlumat verir ki, məğlubiyyətə rəğmən, ilk oyunda İtaliyada qazanılmış 360 hesablı qələbə sayəsində “Milan” növbətə mərhələyə adlayıb.

“Geri dönəndə bu oyun haqqında düşünəcəyik. Asan oyun olmadı, amma hələ də dəyərləndirməli olacağımız çoxlu vəziyyətlərimiz var. Düşünürəm ki, bugünkü oyun bizim yaxşı hücum potensialına malik olduğumuzu təsdiqlədi. Bununla belə, biz fürsətləri daha az əldən verməliyik.

Rəqib yaxşı oyun keçirdi, iddialı və gərgin oynadılar. Açığı, biz onlara bu gün də çox şey yaratmağa icazə verdik. İnanıram ki, bütün komanda sınaqdan şərəflə keçdi, çünki biz iki oyunun cəmində növbəti mərhələyə adladıq. Bu, bizi oyunumuzu təkmilləşdirməyə həvəsləndirir”, – “Pazzi di Fanta” italyan mütəxəssisdən sitat gətirir.

Növbəti mərhələyə vəsiqəsini rəsmiləşdirmiş “Milan” indi püşkatmanı gözləyir və püşkün bəxş edəcəyi rəqibinin intizarındadır.

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 23-də İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.