Stiv Klark: “Toparlanmaq və yenidən başlamaq əzmindəyik”

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İsveçrə yığması ilə qarşıdakı oyun haqda danşıb.

Arena.az məlumat verir ki, şotland mütəxəssis bu barədə oyunöncəsi mətbuat konfransında açıqlama verib:

“Biz toparlanmaq və yenidən başlamaq əzmindəyik. İsveçrə ilə oyun böyük çağırışdır. Rəqib komanda çox güclüdür, ona görə də çətin oyun gözləyirik. Əsas odur ki, düzgün hazırlaşdığınızdan əmin olasınız. Biz bunu bacardığımızı hesab edirik”, deyə Stiv Klark vurğulayıb.

Xatırladaq ki, Şotlandiya – İsveçrə oyunu bu gün, iyunun 19-da Kölnün “Reyn Energi” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

1-ci turdan sonra İsveçrə yığması 3 xalla “A” qrupunda 2-ci, xalsız Şotlandiya yığması isə sonuncu, 4-cü yerdə qərarlaşıb. Qrupa 2 oyundan 6 xal toplamış, AÇ-2024-ün ev sahibi Almaniya yığması başçılıq edir. 2 oyundan 2 məğlubiyyət almış Macarıstan yığması müvəqqəti olaraq 3-cü pillədədir.