“Ştutqart” iki transfer üçün 3 milyon avro ödədi

Almaniyanın “Ştutqart” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Union Berlin”dən Genki Haraquçini, “Benfika”dan isə Gil Diası transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Ştutqart” Haraquçinin transferi üçün Berlin təmsilçisinə 1 milyon avro ödənilib. Yaponiya yığmasının üzvü yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb. Gil Diasın transferi isə almanlara 2 milyon avroya başa gəlib. Portuqaliyadan olan sol cinah vingeri ilə də 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Genki Haraquçi 2021-ci ilin iyul ayından formasını “Union Berlin”in heyətində 61 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumameyilli yarımmüdafiəçi daha öncə Almaniyada “Herta”, “Fortuna” (Düsseldorf) və “Hannover” klublarının da formasını geyinib. O, öz ölkəsində də “Urava Red Diamonds”un uğurları üçün çalışıb. Yaponiya yığmasında 74 oyun keçirmiş yarımmüdafiəçi 11 qol vurub.

Gil Dias 2021-ci ilin iyul ayında “Monako”dan 1.5 milyon avroya transfer edildiyi “Benfika”da 20 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı futbolçu daha öncə “Braqa”, “Monako”, “Varzim”, “Rio Ave”, “Fiorentina”, “Nottingem Forest”, “Olimpiakos”, “Qranada” və “Famalikan” kimi klubların da formasını geyinib. Dias Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında da oynayıb.