Belfastdan olan 30 yaşlı süfrəçi Sara Ader “Mançester Yunayted”in hücumçusu Markus Raşfordun sərxoşluğuna şahidlik etdiyini açıqlayıb.
Arena.az “The Sun” nəşrinə istinadən, Sara Aderin bu barədə söhbətini təqdim edir:
“O, Belfasta gələndə yanında iki kişi və iki qadın vardı. O, levrek sifariş verdi, sonra isə Markus məndən harada dadlı şam edə biləcəyini soruşdu və əlavə etdi: “Sən bizimlə gəlməli və ətrafı bizə göstərməlisən”. Raşford daha yeməyinə toxunmadı və dostları ilə kokteyl içərkən təklif edilən tekila ilə daha çox maraqlanırdı.
Bu müddət ərzində idarəçi, Raşfordun dostlarından onunla şəkil çəkdirə biləcəyini soruşsa da, onlar onun “işgüzar səfərdə” olduğu üçün imtina etdilər. Nəhayət, idarəçi məni görüşə erkən buraxacağı şərtilə, Markus şəkil çəkdirməyə razılaşdı.
Mən onun zarafat etdiyini düşündüm. Amma müdirim razılaşdı. Əvvəllər heç vaxt Premyer Liqa futbolçusu ilə görüşməmişdim, ona görə də düşündüm ki, “niyə də olmasın? Bunun nə qədər qəribə olacağını bilmirdim. Sonra o, məndən yalnız nağd pul ödənişi mümkün gecə klublarını tanıyıb-tanımadığımı soruşdu.
Bu, mənə başa saldı ki, o, artıq cümə günü məşqə getməməyə qərar verib. Həmin axşam evə qayıtmağı planlaşdırmırdı. Mühafizəçi məni götürməyə gəldi və baxmayaraq ki, bu haqda anama deməyə icazə versələr də, məndən telefonumu verməyimi və kiminlə olduğumu və hara getdiyimi açıqlamamağımı istədilər. Markus özündən əmin idi, həm də azacıq utancaq görünürdü. Sanki əslində kim olduğunu bilmirdi. Dostları onunla tanrı kimi davranırdılar”, deyə süfrəçi xanım xatırlayıb.
Xatırladaq ki, iki gün ərzində Belfastda gecə klubunda əylənmiş Raşford cümə günü səhər “qırmızı şeytanlar”ın məşqində iştirak etməyə güc tapmayıb və çox “xəstə” olduğunu kluba bildirib.
Daha sonra “Mançester Yunayted” hadisə ilə bağlı rəsmi açıqlama yayıb və vurğulayıb ki, Markus Raşford bütün bu davranışına görə məsuliyyəti öz üzərinə götürüb.
Vurğulayaq ki, nə “Mançester Yunayted” və nə də Raşford və onun ətrafı bu biabırçılığı açıb-ağartmaq istəmirlər. Amma eyni zamanda vurğulanır ki, baş vermiş hadisə ingiltərəli hücumçuya təsirsiz ötüşməyəcək.