“Sumqayıt” heyətinə daha bir legioner cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub Qazaxıstandan olan cinah yarımmüdafiəçisi Rifat Nurmuqameti transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayb. 26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qazaxıstanın “Kayrat” klubunun yetirməsi olan Rifat Nurmuqamet karyerası boyunca “Jetısu” və “Aktobe” klublarında da çıxış edib. Onun sonuncu iş yeri Qazaxıstanın “Maktaaral” komandası olub. Yarımmüdafiəçi vaxtilə Qazaxıstanın U-21 millisinə də dəvət alıb.
“Sumqayıt” bu yay Rifatdan öncə Vüsal İsgəndərli, Stiven Pereyra və Damyan Daniçiçi də transfer etmişdi. Vurğun Hüseynov və Vüqar Mustafayevlə yeni müqavilə bağlayan klubda Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov və Dmitri Nağıyevlə də yollar ayrılıb.