“Sumqayıt” Elşən Abdullayevlə müqavilə imzaladı

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib. Arena.az xəbər verir ki, sözügedən klub son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb. O, yeni komandasında “24” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”nın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, “Zirə” və “Sabah”da da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət yığma komandamızla 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərimizin də uğurları üçün çalışıb.