“Sumqayıt” fasilə dönəmində iki yoxlama oyunu keçirəcək

“Sumqayıt” klubunun milli komandaların oyunları ilə əlaqədar Azərbaycan çempionatında yaranan fasilə dövrü üçün hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda toplanışa martın 17-dən etibarən Sumqayıt şəhər stadionunda start verəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə “Sumqayıt”ın hazırlıq dönəmində 21 və 28 mart tarixlərində iki yoxlama oyunu keçirəcəyi diqqətə çatdırılıb. Lakin rəqiblərin kimliyi hələ bəlli deyil.

“Sumqayıt” Premyer Liqada 26 xalla 4-cü sırada qərarlaşıb.