“Sumqayıt” Höccət Haqverdi ilə yeni müqavilə bağladı

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçusu ilə müqavilə müddətini artırıb. Arena.az xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha iki mövsüm bu komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Höccət Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışı çərçivəsində Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.

“Sumqayıt” daha öncə Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev və Aydın Bayramovla da yeni müqavilə bağlamışdı.