“Sumqayıt” iki futbolçusu ilə yollarını ayırdı

“Sumqayıt” iki futbolçusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, “kimyaçılar” Cavid İmamverdiyev və Mehdi Şərifi ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun klubla müddəti bitən müqaviləsi yenilənməyib. Onlara xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Qeyd edək ki, Mehdi Şərifi bu ilin yanvarından “Sumqayıt”da idi. O, daha öncə də bu komandada çıxış etmişdi.

Elə Cavid İmamverdiyev də ikinci dəfəydi “Sumqayıt”la müqavilə bağlamışdı. O, mövsümün əvvəlində “Keşlə”dən ayrılaraq bu kluba keçmişdi. Cavid 2017/18 mövsümündə də Sumqayıt təmsilçisinin formasını geyinmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: