2022/23 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb. Arena.az xəbər verir ki, sözügedən klub ötən mövsümü Türkiyənin “Keçiörengücü” komandasında keçirmiş Vüsal İsgəndərlini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Vüsal İsgəndərli 2021-ci ilin yayından “Keçiörengücü” komandasında çıxış edirdi. O, bu yay Türkiyə klubundan azad agent kimi ayrılmışdı. Vinger karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə” və “Şamaxı” klublarının da şərəfini qoruyub. O, Azərbaycan milli komandasının heyətində 3 oyunda meydana çıxıb.
“Sumqayıt” daha öncə kapitan Vurğun Hüseynov və Vüqar Mustafayevlə yeni müqavilə imzalandığını açıqlamışdı. Sözügedən klubda Tellur Mütəllimovla Anatoli Nuriyev “Sabah”a, Rəhim Sadıxov isə “Zirə”yə transfer olunub.


