Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, baş məşqçi Samir Abasov bu dəfə futbolçuları Rusiya Premyer Liqasında mübarizə aparan “Krılya Sovetov”la oyunda sınaqdan keçirib.
“Titanic Mardan” hotelinin idman kompleksində baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 15:30-da start verilib. Abasov bu oyunda aşağıdakı futbolçulara şans verib: 13. Aydın Bayramov, 3. Bədavi Hüseynov (k), 8. Səbuhi Abdullazadə (6. Vüqar Mustafayev, 68), 9. Dieqo Karioka (21. Nihad Əhmədzadə, 58), 10. Vüsal İsgəndərli, 12. Todor Todoroski, 14. Elvin Bədəlov, 15. Masaki Murata, 17. Murad Xaçayev (24. Elşən Abdullayev, 75), 20. Ayxan Süleymanlı, 7. Tisdel Terrans.
Ehtiyat oyunçular: 36. Murad Ağamalıyev, 25. İlnur Valiyev, 5. Nemət Şıxəmirov, 11. Rüfət Abdullazadə, 18. Süleyman Əhmədov, 19. İbrahim Əliyev.
Sumqayıtlılar bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb. Samara təmsilçisi yeganə qolu 86-cı dəqiqədə vurub. Rusiya təmsilçisi Şitovun qolu sayəsində qələbəni bayram edib.
Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşmışdı. Samir Abasovun yetirmələri həmin oyunda 2:1 hesabı ilə qələbə qazanmışdı.
Toplanışı başa vuran sumqayıtlılar sabah vətənə dönəcəklər.