2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” yarımmüdafiəçisi Murad Xaçayev barədə qərarını verib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, yarımmüdafiəçi ilə 2+1 illik anlaşma əldə olunub.
Xatırladaq ki, Murad Xaçayev 2018-ci ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışır. O, bu müddət ərzində 97 qarşılaşmada meydana çıxıb. Yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıbsa, 7 məhsuldar ötürmə müəllifi də olub. Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçu Azərbaycanın U-19 yığmasında çıxış edib, əsas millimizdə 1 oyun keçirib.
“Sumqayıt”da daha öncə Elvin Bədəlovla da yeni müqavilə imzalandığı açıqlanmışdı. Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar, Dieqo Karioka və Vurğun Hüseynovla vidalaşn klub, hələlik yalnız iki qapıçı transfer edib: Mehdi Cənnətov və Orxan Sadıqlı.


