“Sumqayıt” – “Qəbələ” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 36-cı turunun “Sumqayıt” – “Qəbələ” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
36-cı tur
25 may

“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Erik Sorqa, 52.
Sarı vərəqələr: Kamran Əliyev, 27 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 82 (qeyri-idman hərəkəti). Səbuhi Abdullazadə, 90+3 (oyunun bərpasının ləngidilməsi) – Ahmed Ayzaya, 22 (qeyri-idman hərəkəti). Eşqin Əhmədov, 55 (qeyri-idman hərəkəti). İbrahim Ramazanov, 62 (qeyri-idman hərəkəti). Əyyub Allaş, 83 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 45 (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Şahin Abdullayev (“Sumqayıt”), 90+5 (oyunun bərpasını ləngitdiyinə görə).
Artırılan vaxt: Birinci hissədə 5 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 9300 tamaşaçı.

Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Ervin Blank.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa (58. Oktavio Manteka, 88), 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev (9. Erik Sorqa, 46), 71. Masaki Murata, 23. Cordan Rezabala (60. Tresor Mossi, 70).
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov.
Baş məşqçi: Samir Abasov.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev (12. Nicat Əliyev, 17), 7. Emil Səfərov (11. Asif Məmmədov, 55), 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov (17. Yaovi Akakpo, 84), 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya (30. Şahin Şahniyarov, 55), 9. Əyyub Allaş, 72. Osama Xalayla (20. Bilel Auaşeriya, 55).
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 94. Həbib Hüşənov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 3. Zurab Oçiqava.
Baş məşqçi: Kaxaber Sxadadze.