“Sumqayıt” Roman Hüseynovu transfer etdi

“Sumqayıt” 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib. Arena.az xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı oyunçu yeni komandasında 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.

“Sumqayıt” bu yay “Qəbələ”dən Yusif Nəbiyevlə Tərlan Əhmədlini də transfer etmişdi. Bundan əlavə, sözügedən klub Xəzər Mahmudov və Eltun Turabovu heyətinə qatıb.