“Sumqayıt” Səid Rza ilə gücləndi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub cənubi azərbaycanlı hücumçu Səid Rza ilə güclənib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq İranın “Aluminium” klubunda çıxış etmiş futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Səid Rza yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid, son mövsümdə “Aluminium”da keçirdiyi 21 oyunda 3 qola imza atıb.

Xatırladaq ki, “Sumqayıt” Səiddən öncə bu yay Yusif Nəbiyev, Eltun Turabov, Tərlan Əhmədli, Xəzər Mahmudov və Roman Hüseynovu da heyətinə qatmışdı.