“Sumqayıt” Şimali Makedoniya millsinin üzvü ilə gücləndi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb. Arena.az xəbər verir ki, sözügedən klub Şimali Makedoniya millsinin üzvü Todor Todoroskini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş futbolçu ilə 2 illik müqavilə imzalanıb. 23 yaşlı cinah müdafiəçisi “Sumqayıt”da “12” nömrəli formada çıxış edəcək.

Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Metallurq” (Skopye), “Vardar”, Xorvatiyanın “Osiyek”, “Şibernik” və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski, həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub. O, ölkəsinin əsas komandasında 4 oyuna çıxıb.

“Sumqayıt” daha öncə Vüsal İsgəndərli, Stiven Pereyra, Damyan Daniçiç, Rifat Nurmuqamet, Alya Ture, Filipe Çabi və Ouro-Nil Ture ilə də müqavilə bağlamışdı. Vurğun Hüseynov və Vüqar Mustafayevlə də yeni sözləşmə imzalanıb. Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov, Dmitri Nağıyev, Yusif Nəbiyev, Höccət Haqverdi və Camaləddin Xocaniyazov isə komandadan ayrılıb.