“Sumqayıt” Türkiyədə hazırlıq keçəcək

2021/22 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” komandası iyunun 17-dən etibarən Sumqayıt şəhərində məşqlərə start verib.

Arena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq dönəminin birinci mərhələsi iyunun 30-dək davam edəcək.

Ayxan Abbasovun yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. “Kimyaçılar” iyunun 30-da, saat 18:30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.

“Sumqayıt” komandası hazırlıq prosesinin ikinci mərhələsini isə Türkiyənin Ankara şəhərində keçirəcək. İyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən “Çam Hotel”də məskunlaşacaq komanda bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Rəqiblərin kimliyi və oyunların zamanı hələlik məlum deyil.

Xəbəri sosial şəbəkələrdə paylaş: