“Sumqayıt” Premyer Liqada 300-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, bu, 2020/21 mövsümünün sonuncu – 28-ci turuna təsadüf edib.
“Səbail” üzərində qələbə həm də üç xalın qazanıldığı 80-ci matç olub. 2011-ci ildən yüksək dəstədə çıxış edən sumqayıtlılar eyni sayda heç-heçə edib və 140 dəfə uduzub.
Komandaya bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandıran oyun həm də səfərdə 150-ci matç olub. Bunların 29-da üç, 41-də bir xal qazanan komanda 80 dəfə rəqib meydanından məğlub ayrılıb.
Qeyd edək ki, “Sumqayıt” 2020/21 mövsümünü üçüncü pillədə başa vurub. Sözügedən klub tarixində ilk dəfə olaraq Premyer Liqada medal qazanıb.


